















Təmizlik xidmətləri
Son zamanlar şəhər əhalisi arasında peşəkar təmizlik və səliqə-səhman yaratma sahəsində ixtisaslaşmış xidmətlər yüksək populyarlıq daşıyır. Həmçinin binalara və ətraf ərazilərə kompleks təmizlik tədbirləridə həyata keçirilir. Bütün bunlar klininq prosedurları kimi adlanır. Və bu xidmətlər vahid sahə olaraq Bakıda da uğurla inkişaf edir. Şirkətimiz bütün istəyənlərə ev, iş yeri və ətraf sahələri təmiz saxlama probleminin birdəfəlik həllini təklif edir. Təşkilatın fəaliyyətinin əsas istiqamətlərinə Bakıda ev və ofislərin təmizlənməsi, otellərin təmizlənməsi, yumşaq mebel və şüşələrin təmizlənməsi aiddir. Bütün görülən işlər xüsusi hazırlanmış işçilər tərəfindən, ən yeni avadanlıqların və lazımi yuyucu və təmizləyici vasitələrin tətbiqi ilə təkminləşdirilmiş effektiv texnologiyalarla həyata keçirilir. Sənaye alpinizmi Bakıda bizim təşkilatın iştirakı ilə inkişaf edir. Sirr deyil ki, çox vaxt fasadların təmizlənməsi böyük yüksəklikdə keçirilir. Bunu müstəqil həyata keçirmək sadəcə mümkünsüzdür və peşəkarların cəlb edilməsi mütləqdir. Bakıda hündürlük işlərini Clean.az uğurla həyata keçirir. Şirkətimiz tərəfindən təqdim olunan təmizlik xidmətləri siyahısına müxtəlif aralıqlarla dəstəklənən əsaslı və gündəlik təmizlik, təmirdən sonra təmizlik və kompleks təmizlik xidmətləri aiddir. Vacib məqamlardan biridə odur ki, biz yaşayış, ofis və sənaye kimi müxtəlif təyinatlı məntəqələrlə işləyir, hər növ sahə və çirklənmə dərəcəli əraziləri təmizləyirik. Bizə müraciət etmiş bütün sifarişçilərimiz evlərin təmizlənməsi, şüşələrin yuyulması, |
həyət və istirahət zonalarında səliqə-səhmanın yaradılması kimi xidmətlərimizi layiqincə dəyərləndirmişdirlər. Məişət işlərini peşəkarlara etibar edərək insanlar özlərinə daha çox vaxt ayıra bilir, artıq məsələlərə görə narahat olmayır, daimi təmizlik və ideal səliqə isə əhval-ruhiyələrini xoş edir, ailədə və işdə psixoloji iqlimə müsbət təsir göstərərək işin məhsuldarlığını artırır. Bütün xidmətlərimiz razılaşma əsasında həyata keçirilir. Öncədən görüləcək işin həcmi və icra müddəti təyin edilir, iş qrafiki qurulur və detallar uzlaşdırılır. Sifarişçinin istəyindən asılı olaraq klininq xidmətləri daimi və ya birdəfəlik həyata keçirilir. Əməkdaşlarımızın təcrübə və bilikləri təmizliyi tez və keyfiyyətli etmək, ən güclü və başına buraxılmış çirklənmənin öhdəsindən gəlmə imkanı yaradır. Biz ancaq ekoloji təhlükəsiz yuyucu və təmizləyici vasitələri istifadə edirik. Şirkətimizin xidmət göstərmə coğrafiyası yetərincə genişdir. Biz nəinki Bakı, həmçinin digər bölgələrdə də fəaliyyət göstəririk. Sözügedən xidmətlərə ən optimal qiymətlər və ən yüksək xidmət səviyyəsi məhz bizdədir. Şirkətimizin saytında ətraflı qiymət cədvəli təqdim olunmuşdur. Bütün maraqlandıran məqam və detallarla bağlı menecerlərimizə müraciət edə bilərsiniz. Təmizlikdə yaşamaq və çalışmaq istəyənlərə həmişə kömək etməyə hazırıq! |