Əsas səhifəŞirkət haqqındaXidmətlərimizQalereyaƏlaqə
(7 gün - tam həftə) 09:00-dan 20:00 qədərAzərbaycan daxilinndə!
Xidmətlərə qayıt


 

Xalçaların yuyulması 
 

İstifadə etdiyiniz xalçanın nə qədər təmiz olduğunu heç düşünürsünüzmü? Hər şeydən əvvəl, xalçanı ilk aldığımız andan etibarən təmizliyinə diqqət yetirməliyik. Xalçalar daim istifadə olunduğuna görə, evimizdə ən çox kirlənən əşyalardan biridir. Xalçaları adətən çırpmaqla, tozsoran, süpürgə və ya fırça ilə təmizləyirlər. Nəzərə alın ki, bu vasitələrlə təmizlik xalçanın yalnız yuxarı hissəsini təmizləyir. Lakin fərqli ləkələrin xalçaya necə təsir etdiyini bilmək, həll yollarını tapmaq üçün vacibdir. Evlərdə istifadə etdiyimiz xalçaların dərinliyində gözlə görülməyən bakteriyalar toplanır. Xalçanın dibində yaşayan bu bakteriyalar insan dərisi və xalçaya düşən ərzaq məhsulları ilə qidalanır. Bu bakteriyalardan qurtulmağın yeganə variantı xalçanı yaxşı yumaqdır. Ev şəraitində yuyulma zamanı həmişə istənilən nəticə əldə etmək olmur. Daha yaxşı nəticə əldə etmək üçün xalça yuma şirkətlərinə müraciət etməyiniz məsləhətdir. Quru ləkələr xalça liflərini zədələyir, lakin müntəzəm tozsorandan istifadə etməklə bunun qarşısını tədricən ala bilərsiniz. Saqqız və qatran kimi yağlı ləkələrin təmizlənməsi isə daha çətindir və ev şəraitində təmizləmək çox vaxtınızı ala bilər. Sonda isə istədiyiniz nəticəni əldə etməyiniz nə dərəcə realdır? - sual altındadır. Nəticədə xalçanın rəngi solğun boz və ya qəhvəyi olur. Məhz bu yağlı ləkələr xalçanın görkəmini pozur, xalçanın liflərinə nüfuz edir və təmizlənməsi çətin olur. Yaxşı olar ki, xalçalara qulluq edərkən xalçalar üçün nəzərdə tutulmuş müasir vasitələrdən (şampunlardan, kimyəvi yuyuculardan) istifadə edəsiniz, lakin xalçaları belə vasitələrlə tez-tez təmizləmək tövsiyə edilmir. Həmçinin xalçaları tez-tez yumaq olmaz, xüsusilə də isti su ilə, bu halda xalçalar tez köhnəlir və rəngləri solur. Eləcə də xalçaları günün altında qurutmaq olmaz – yalnız kölgədə qurutmaq lazımdır. Yaşlı nəsil daha yaxşı xatırlayır... Əvvəlki dövrlərdə xalçaları yumaq üçün xanımlar min-bir əziyyət çəkərdilər. Onun yuyulub-qurudulması uzun bir vaxt alırdı.Nəzər salsaq görərik ki, son zamanlar evlərdə xalçaların yuyulması tədricən azalır. Buna səbəb həm işin çətinliyi həm də nəticənin o qədərdə effektiv olmamasıdır. Xalçaların yuyulması zamanı onların orjinallığını və təzəliyini qorumaq üçün yuma prosesinin peşəkarlara həvalə olunması tövsiyə edilir ki, Clean.az sizlərə proffesional və zəmanətli xalça yuma xidmətini təklif edir. Bakıda Xalçaların təmizlənməsi 3 etapa həyata keçirilir: ● quru aparat təmizliyi (tozun və çirkin xüsusi tozsoranla təmizlənməsi); ● kimyəvi təmizləyici həllin tətbiqi; ● yekun işləmə - yuyucu vasitənin qalıqlarının təmizlənməsi. Xalçalarınızı təmizliyə aparan yol Clean.az - dan keçsin.

 

Clean.az
Azərbaycan daxilinndə!
Tel: (077) 332 62 00
Mob: (055) 932 62 00
(7 gün - tam həftə) 09:00-dan 20:00 qədər