Kompleks təmizlik
Kompleks təmizlik – mənzillərin, ofislərin və digər yerlərin gündəlik təmizliyini nəzərdə tutur. Yalnız gündəlik təmizlikdən fərqli olaraq kompleks təmizlikdə əlçatmayan, işlənməyən, gözəgörünməyən yerlərdə təmilzənir. Çünki elə məhz bü yerlərdə daha çox çirk yığışaraq oranı bakteriya və xəstəliklərin mənbəyi halına gətirir və həmin yerlərin sıradan çıxmasına belə səbəb olur. Bu yerlərə aydınlatma sistemləri, havalandırma, plintuslar və s. aiddir.
Kompleks təmizlik hər bir məntəqənin xüsusiyyətlərindən asılı olaraq individual həyata keçirilir, sifarişçinin seçdiyi klininq növləri əsasında təmizlik planı hazırlanır.
Kompleks təmizlik xidməti aşağıdasadalanan təmizlik tədbirlərini özündə cəmləşdirir:
- bütün növ yer örtüklərinin təmizliyi;
- tavan və divarların təmizliyi;
- aydınlatma cihazlarının və məişət texnikasının təmizliyi;
- pəncərələrin, qapıların və qapı keçidlərinin təmizlənməsi;
- havalandırma, radiator, karniz və plintusların təmizlənməsi;
- metal əşyaların, şüşə və güzgü səthlərin təmizlənməsi;
- yumşaq mebelin təmizlənməsi;
- sanitar qovşağın təmizlənməsi;
- dekor əşyalarının təmizlənməsi;
- zibilin atılması və polietilen paketlərin dəyişdirilməsi.
Kompleks təmizlik xidmətinin icra müddəti və sürəti təmizlənən yerin sahəsindən və çirklənmə dərəcəsindən asılıdır və əvvəlcədən telefonla danışılır.