Mebellərin kimyəvi təmizlənməsi
Həyatımızın demək olar ki, bütün sahələrində mebellərin mühüm problemi onların ilk gün canlılığını və parlaqlığını itirməsidir. Gündəlik istifadə zamanı mebel müxtəlif qəzalara məruz qalır. Bunlara mebelin cızılması, çay, qəhvə və su tökülməsi kimi ən çox rast gəlinən qəzaları misal göstərmək olar. Təəssüf ki, gündəlik yuyucu vasitələrlə mebelləri təmizləmək effektiv üsul deyil. Əgər siz ləkələri görmürsünüzsə, bu, döşəmənizin təmiz olduğunun göstəricisi deyil. Dərin təmizləmə evinizdə fərahlıq yaradır və daha sağlam həyattərzi formalaşdırır. Toz, kif və digər gözə görünməz mikroblar sizinlə birlikdə evinizdə yaşayır. Clean.az təmizlik şirkəti zərərli maddələrin havaya və bədəninizə yayılmasının qarşısını almaqda sizə köməklik göstərir. Oturacaqları təmizləyərkən, ilk növbədə yaxşı tozsoranlamağa diqqət edirik. Yaxşı yuyulmuş oturacaqdan orta hesabla 5 saat ərzində qoxu gəlmir və quruyur. Təmizlik xidməti mebellərin vəziyyətinə uyğun olaraq aparılır. Clean az sizə nə təklif edir ? Effektiv ,qalıcı və gigiyenik təmizlik yerində, zəhmət çəkmədən və qısa müddətdə həyata keçirilir. Vakuum üsulu ilə divanınızda heç bir kir izi qalmır. Allergik şəxslər üçün ideal təmizlikdir. Ənənəvi təmizlikdən fərqli olaraq, oturacağın içərisinə kir və gənələri basdırmır. Oturacaqlar müxtəlif yollarla çirklənir. Xüsusilə açıq rəngli divanlar uzun müddət tünd rəngli paltarlarla təmasda olduqda rəng dəyişikliyi ola bilər. Ev heyvanlarımız divan parçalarında ləkələr yarada bilər. Evdə divan təmizləmək çirkləri daha dərinə itələyəcək, buna görə də səthdəki çirk təmizlənmiş kimi görünəcək. Halbuki, bütün çirk parçanın içərisində gizlənmişdir. Bu problemi aradan qaldırmaq üçün, Clean.az sizə divan yuma xidməti təklif edir.