Əsas səhifəŞirkət haqqındaXidmətlərimizQalereyaƏlaqə
(7 gün - tam həftə) 09:00-dan 20:00 qədərAzərbaycan daxilinndə!
Xidmətlərə qayıt


 Şüşə və fasadların yuyulması

Müasir şəhərsalma özündə müxtəlif arxitekturaya malik hündürmərtəbəli bina və tikililəri cəmləşdirir. Bu tikililərin təmizliyi ilə ətrafdakılara təəsürat yaradan xarici görünüşündən isə onların şüşə və fasadları cavabdehdir.

Şüşə və fasadların təmizliyini daim saxlamaq üçün onların ildə bir neçə dəfə xüsusi təmizliyi vacibdir. Bu işin icrası isə hər kəsə etibar edilməyəcək dərəcədə mürəkkəbdir. Təmizliyin aparıldığı yüksəklikdən asılı olaraq sözügedən təmizlik tədbirləri yetərincə təhlükəlidir. Bu halda peşəkar insanların işi icra etməsinə ehtiyac duyulur ki, bunuda biz təqdim edirik. Bu tədbirlər son zamanlar sənaye alpinizmi kimi adlanır.

Bizim peşəkarlar şüşə və fasadların yuyulmasını maksimal keyfiyyətlə və qısa müddətdə həyata keçirir.

Sifarişçinin istəyindən asılı olaraq şüşə və fasadların yuyulması tək dəfəyə və ya müntəzəm şəkildə aparılır.

Yüksək texnologiyalı təmizləyici vasitələr və müasir avadanlıqlar tətbiqi ilə şüşə və fasadların yuyulması tikilinizin görkəmli görünüşünü təmin edir. Müasir təmizləyici vasitələrimiz şüşə səthlərin təmizliyinin uzunmüddətli olmasını, xüsusi formula isə səthin üzərində tozun yığılmamasını uzun müddət təmin edir.

Clean.az
Azərbaycan daxilinndə!
Tel: (+99412) 555 07 93
Mob: (+99477) 332-62-00
(7 gün - tam həftə) 09:00-dan 20:00 qədər