Əsas səhifəŞirkət haqqındaXidmətlərimizQalereyaƏlaqə
(7 gün - tam həftə) 09:00-dan 20:00 qədərAzərbaycan daxilinndə!
Xidmətlərə qayıt


Hovuzların təmizlənməsi

Hovuz gərgin iş günü və ya həftəsindən sonra masaj və idmanla yanaşı rahatlanmaq üçün müraciət etdiyimiz yerlərdən biridir.

Hal-hazırda hovuzlar şəxsi evlərin, villaların, bağ evlərinin, həmçinin fitnes mərkəzləri, idman zalları, qadın gözəllik və sağlamlıq mərkəzləri və əlbətdə ki, akvaparkların əvəzedilməz hissəsidir. Şəhərimizdə belə çox miqdarda hovuzların olduğunu nəzərə alaraq Bakıda hovuzların təmizlənməsi xidmətinə ehtiyac yetərincə çoxdur.

Bildiyimiz kimi gün ərzində idman zalları, akvaparklardaki hovuzlardan onlarla insan istifadə edir və müntəzəm təmizlik və dezinfeksiya edilmədiyi halda onlar bakteriya və xəsətəlik daşıyıcısıdırlar.

Aydındır ki, hovuzlar kafel ilə yığılır və kafel aralıqları çirk, bakteriya və xəstəlik yuvasıdır. Bu risk mozaik kafeldə bir neçə qat artır. Hovuz təmizliyi yetərincə əmək, təcrübə, xüsusi alət və təmizləyici vasitələr tələb edən prosedurdur.

RM Cleaning –in hovuz təmizliyi xidməti bütün növ sahəli, relyefli və səthli hovuzların təmizliyini tətbiqini təqdim edir. Xidmət sifarişçinin istəyindən asılı olaraq birdəfəlik və ya müntəzəm həyata keçirilir.

Hovuzların təmizliyi xidmətinə aiddir: 

Hovuzun təmizliyində tamamilə ekoloji təmiz, allergiya və qıcıqlanma yaratmayan vasitələr tətbiq olunur. Hovuzların təmizlənməsi həm Bakı daxilində həm də digər regionlara təqdim olunur.

Bütün detallar danışıq əsasında sifarişçinin istəklərini nəzərə almaqla müqavilədə qeyd olunur.

Su təmiz təbii xammaldır... Lakin kütləvi istifadədə dezinfeksiya və mütəmadi dəyişilməsi mütləqdir!

Clean.az
Azərbaycan daxilinndə!
Tel: (+99412) 555 07 93
Mob: (+99477) 332-62-00
(7 gün - tam həftə) 09:00-dan 20:00 qədər